Salyanda “parnik“də narkotik yetişdirilir - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Salyanda “parnik“də narkotik yetişdirilir - FOTOLAR

Kriminal

18 Aprel 2022 09:33 879


Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumatda bildirilib.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi 250 kiloqram olan  1068 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Dördpendirli pizza

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!