Şam yeməyində ciddi söhbətlər: Baş nazir nə deyib?

saytların hazırlanması

Evə çatdırılma

Şam yeməyində ciddi söhbətlər: Baş nazir nə deyib?

Dünya

27 Yanvar 2025 13:03 211


Danimarkanın baş naziri Mette Frederiksen Skandinaviya hökumət başçıları üçün şam yeməyi verib.

Yenisabah.az TV2-ə istinadla xəbər verir ki, tədbir qeyri-rəsmi olub və əsas mövzular Trampın Qrenlandiya və yeni dünya nizamı ilə bağlı açıqlamaları olub.

Şam yeməyinə İsveçin baş naziri Ulf Kristersson, Norveçin baş naziri Jonas Qahr Störe və Finlandiya prezidenti Aleksandr Stubb dəvət olunmuşdu. Marqarita pizza

Mette Frederiksen deyib: "Krallığın mesajını təkrar edə bilərəm: Qrenlandiya satılmır və biz birliyimizi [Danimarka, Qrenlandiya və Farer adaları] Qrenlandiya istədiyi müddətcə saxlamaq istəyirik. Mən ABŞ-la güclü ittifaqın olması üçün mümkün olan hər şeyi edəcəyəm”.

Baş nazir qeyd edib ki, onun hökuməti Vaşinqtonda yeni administrasiya ilə əlaqə saxlayır və onunla Arktika regionunda təhlükəsizlik məsələlərini müzakirə edir: "Danimarka yaxşı müttəfiq olub, biz yaxşı müttəfiqik və belə qalmaq niyyətindəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!