“Şamaxı“ Qazaxıstan klubu ilə heç-heçə etdi

saytların hazırlanması

Evə çatdırılma

“Şamaxı“ Qazaxıstan klubu ilə heç-heçə etdi

İdman

11 Yanvar 2023 17:48 730


Antalyada təlim-məşq toplanışında olan "Şamaxı" bu gün ilk yoxlama matçını keçirib. 

Yenisabah.az xəbər verir ki, komanda əvvəlcə Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşıb. Oyun qolsuz başa çatıb. 

"Kaysar" Qazaxıstanın 2-ci liqasında çıxış edir və 56 xalla 2-ci pillədə qərarlaşıb.  pizza hut

"Şamaxı"nın bu gün digər görüşü isə Rumıniyanın "Botaşani" klubuna qarşı olacaq. Bu oyun isə Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Yüksək liqada çıxış edən "Botaşani" 21 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Şamaxı" toplanışın son matçında yanvarın 18-i Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!