Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açıldı

Kriminal

14 May 2022 12:51 559


Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açılıb. 

Bu barədə Yenisabah.az-a Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, mayın 14-də Şamaxı şəhər sakini Şəfayət Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza hut

Aparılmış araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən Mülkalı Rizvanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şəfayət Haviyevə gəzdirdiyi cib bıcağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mülkalı Rizvanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!