Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edildi

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edildi

Hadisə

30 İyun 2023 19:45 1478


Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, "112" qaynar telefon xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının Pirsaat çayında qəflətən sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. Marqarita pizza

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!