Şamaxıda yük avtomobili aşdı,   ölən var

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda yük avtomobili aşdı, ölən var

Hadisə

11 İyun 2023 20:53 748


Şamaxıda avtomobil yoldan çıxaraq aşıb, ölən var.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Bu gün saat 18 radələrində rayonun Çöl Göylər kəndində “Ford” markalı yük avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Cəlal Feyzullayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. pizza hut

Müxtəlif dərəcəli xəsarətlər alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!