Şamil Süleymanlı: “Ölülər”də poçt müdiri rolunu oynamaq istəyərdim

saytların hazırlanması

Evə çatdırılma

Şamil Süleymanlı: “Ölülər”də poçt müdiri rolunu oynamaq istəyərdim

Mədəniyyət

07 Mart 2024 17:06 5405


“Ölülər” əsərində poçt müdiri rolunu oynamaq istəyərdim. Çünki bu rol mənim üçün İsgəndərdən də böyük roldur, daha çox əhəmiyyət kəsb edir".

Yenisabah.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Xalq artisti Şamil Süleymanlı deyib.

O əlavə edib: "Məncə, o da İsgəndər qədər ağıllı, bu dünyaya bələd insandır. Sadəcə, o, mübariz deyil. O bilir ki, hələ mübarizə aparmağın vaxtı çatmayıb. Onun da mübarizəsi adam dolamaqdır. Dominos pizza

Bu, mənim variantımdır. Yəqin ki, o filmi bir də çəkməyəcəklər, o rolu mənə verməyəcəklər. Amma mən öz içimdə oynadım o rolu. O filmin rejissoru da özüm oldum, aktyoru da…"

Aktyor teatra münasibətini də gizlətməyib: "Şəxsən mən teatrda işləmək istəmərəm. Teatr böyük sənətdir, düzünü desəm, mən teatrdan qorxuram. Orada özünü tamam başqa cür hiss edirsən. Kinoda isə insan özünü sərbəst hesab edir. Kino mənə daha yaxındır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!