Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlu, “Emin444” ləqəbli kriminal avtoritetin qisasını almaq məqsədi ilə Zaur Yusifovu qətlə yetirən 2000-ci il təvəllüdlü Samir Şirəliyevə hökm oxunub.
“Yeni Sabah” xəbər verir ki, məhkəmənin hökmü ilə Samir Şirəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü və 228.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Səfərov Emin Ehtiram oğlu 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə qətlə yetirilib. Samir Şirəliyev bu ilin martın 14-də xalası oğlu Eminin cinayətində şübhəli bildiyi 1984-cü il təvəllüdlü Zaur Yusifovu Binəqədi rayonunda yerləşən “Qardaşlar” marketdə odlu silahdan atəş açaraq öldürüb. Sezar pizza
Nəzrin Cavadzadə
Telegram kanalımız