Samirin “Viktoriya“ya transferinin detalları

saytların hazırlanması

Evə çatdırılma

Samirin “Viktoriya“ya transferinin detalları

İdman

16 İyul 2019 12:16 1113


"Qəbələ" Çexiyanın "Viktoriya" (Jijkov) klubuna icarəyə verdiyi Samir Qurbanovun transferinin detallarını açıqlayıb.

“Yeni Sabah” əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klublar arasındakı razılaşmaya əsasən, iki illik icarə müddətində qarşı tərəf "Qəbələ"yə ödəniş etməklə 18 yaşlı hücumçunun transfer hüququna tam sahib ola bilər. Həmçinin, futbolçunun satışından "qırmızı-qaralar" 20 % əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, S. Qurbanov 11 yaşından "Qəbələ"də çıxış edib, müxtəlif yaş qrupları üzrə çempionatların qalibi, mükafatçısı olub. Başa çatan mövsümdə "Gənclər Liqası"nın qalibi və bombardiri olmaqla yanaşı, "Qəbələ"nin əsas heyətində də debüt edib. UEFA Gənclər Liqası turnirində Moldovanın "Şerif" və Almaniyanın "Herta" klublarına qarşı oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

"Qəbələ" yetirməsinə yeni klubunda uğurlar arzu edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!