Samuxda 3 məktəb koronavirusa görə distant təhsilə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Samuxda 3 məktəb koronavirusa görə distant təhsilə keçdi

Hadisə

31 Oktyabr 2021 17:53 700


Samuxda 3 məktəb distant təhsilə keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova bildirib.

N. Həsənova deyib ki, rayonun İnistitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagirdi, 6 müəllimi və 1 texniki işçisində, Qarayeri qəsəbəsində fəaliyyət göstərən orta məktəbdə 4 müəllimdə, Əhmədbəyli kənd tam orta məktəbində direktor və 4 müəllimdə koronavirus infeksiyası aşkar olunub. Bu səbəbdən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib. pizza

Qeyd edək ki, Samuxda ümumilikdə 35 orta ümumtəhsil, 2 məktəbdən kənar təhsil ocağında 9849 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 1684 nəfər pedoqoji heyət məşğul olur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!