Samux rayonunda şəxsi münasibətlər zəminində düşən əlbəyaxa dava zamanı iki qardaş xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, hadisə Çobanabdallı kəndində qeydə alınıb.
Belə ki, tərəflər arasında hələ məlum olmayan səbəblərdən düşən əlbəyaxa dava zamanı iki qardaş müxtəlif xəsarətlər alıb. Dominos pizza
Onlardan birinin aldığı xəsarətlərlər daha ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Digər şəxs isə xəstəxanaya getməkdən imtina edib.
Faktla bağlı araşdırmalara başlanılıb./Report
Telegram kanalımız