“Sanki insan yox, başqa məxluqlar doğulur”

saytların hazırlanması

Evə çatdırılma

“Sanki insan yox, başqa məxluqlar doğulur”

Şou

20 Oktyabr 2023 15:30 518


Gənc və populyar müğənni Ayan Babakişiyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. 

Yenisabah.az xəbər verir ki, ifaçı Sumqayıtda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı açılan cinayət işinə özünəməxsus münasibət bildirib. 

"Bu nədir baş verir? Müharibələr, intiharlar, kim-kimin canına qıymaq istəyirsə, baxın, "qıymaq istəmək" deyirəm. Hansı dövran, hansı zaman gəldi? Rahatlıqla öz canımıza da, başqasına da qıya bilirik. Nə analıq qaldı, nə atalıq. Sanki insan yox, başqa məxluqlar doğulur, istehsal olunur. Heyvanlar belə öz balalarını, ailələrini qoruyur, ya insanlar?" deyə, Ayan vurğulayıb.  Dördpendirli pizza

Qeyd edək ki, sözügedən hadisə ötən gün Sumqayıtda baş verib. Sumqayıt Şəhər Prokurorluğunun məlumatına görə, araşdırma zamanı 1987-ci il təvəllüdlü Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı 1984-cü il təvəllüdlü Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Mehman Rüstəmov hadisə zamanı xəsarət aldığından hazırda xəstəxanada müalicəsi davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!