Sarkisyandan Paşinyana daha bir zərbə

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyandan Paşinyana daha bir zərbə

Dünya

12 Aprel 2021 14:20 740


Ermənistan prezidenti Armen Sarkisyan parlamentin Məhkəmə Məcəlləsində dəyişikliklərlə bağlı qəbul etdiyi layihəni imzalamaqdan imtina edərək sənədi Konstitusiya Məhkəməsinə göndərib.

Yenisabah.az xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

A.Sarkisyan məsələ ilə bağlı ekspertlər, Ali Məhkəmə Şurasının təmsilçiləri, ədliyyə naziri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə məsləhətləşib. O, maraqlı tərəfləri dinlədikdən sonra məhkəmə sistemində islahatların sistemli aparılmasını əsas götürərək sənədi imzalamayıb. (Report) Toyuqlu pizza

Qeyd edək ki, Ermənistan parlamenti bu il fevralın əvvəlində Məhkəmə Məcəlləsində dəyişiklikləri təsdiqləyib. Hökumətin hazırladığı sənəd imzalamaq üçün prezident A.Sarkisyana göndirilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!