“Barbie” tabutlar satışa çıxarılıb.
Yenisabah.az xəbər verir ki, istehsalçı “Alpha/Omega" Cənazə Evinin sahibi İsaak Villeqasdır. O, filmin nümayişə çıxmasından əvvəl çəhrayı tabutları satışa çıxardıqlarını bildirib:
“Barbie”nin böyük əks-sədasından sonra çəhrayı metal tabutlara gəlincik şəkli qoymağı qərar verdim. Dostlarıma dedim ki, biz bu tendensiyanın arxasınca getməliyik. Getdik və bacardıq”. pizza
Qeyd edək ki, İ. Villeqas diqqət çəkmək üçün həmin tabutların reklamını “Barbie” filminin yayınlandığı günün tarixini yazaraq “ TikTok”da paylaşıb.
Gülxanım ƏLİYEVA
Telegram kanalımız