14-cü hökumətin bu dəhlizi tamamlamaq əzmi ciddidir.
Yenisabah.az president.ir-ə istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
O, Rusiya başn azirinin müavini Vitali Savelyelə görüşdə İran və Rusiya arasında Şimal-Cənub dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu xəttinin həyata keçirilməsini prioritet adlandırıb: Marqarita pizza
"Müqaviləyə əsasən, marşrutun keçdiyi ərazidə torpaq sahələrini alıb, müəyyən olunmuş vaxtda sənədləri və öhdəlikləri təqdim edəcəyik".
V. Savelyev vurğulayıb: “Rusiya tərəfi lazımi krediti təmin edib və Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək Şimal-cənub dəhlizini tam şəkildə həyata keçirmək istəyir. Moskva və Bakı dəmir yolu xəttinin öz ərazisində yerləşən hissəsinin modernləşdirilməsi və yenilənməsi ilə bağlı razılığa gəliblər. İndi növbə İran hökumətinindir".
Telegram kanalımız