Şavkat Mirziyoyev yenidən prezidentliyə əsas namizəd olacaq

saytların hazırlanması

Evə çatdırılma

Şavkat Mirziyoyev yenidən prezidentliyə əsas namizəd olacaq

Dünya

07 Avqust 2021 13:16 881


Özbəkistanın Liberal Demokrat Partiyası (LDP) qarşıdan gələn prezident seçkilərində ölkənin hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin namizədliyini irəli sürmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə LDP-nin mətbuat xidməti məlumat yayıb. 

Bu il oktyabrın 24-də Özbəkistanda növbəti seçkilər keçirilməlidir. Dominos pizza

Avqustun sonunda özbək liberal demokratları Şavkat Mirziyoyevin namizədliyini planlaşdırılan partiyanın qurultayında təsdiqlənməlidirlər.

Bu həftə Ekoloji Partiyası, "Adolat" Sosial Demokrat Partiyası və "Milli Tiklanış" Demokratik Partiyasının siyasi şuraları öz liderlərinin prezidentliyə namizədliyini irəli sürüblər. Özbəkistan Xalq Demokratik Partiyasının da namizədi var. 

Özbəkistan qanunvericiliyinə uyğun olaraq, ölkədə rəsmən qeydiyyata alınmış siyasi partiyalar seçki kampaniyasının başladığı elan edilmədən ən geci 4 ay əvvəl prezidentliyə namizəd irəli sürmək hüququna malikdirlər. 

Prezidentliyə namizədlərin irəli sürülməsi seçkilərə 65 gün qalmış başlayır və seçkilərə 45 gün qalmış bitir. Namizədlərin qeydiyyatı seçkilərə 35 gün qalmış tamamlanır.

Özbəkistanda prezident seçkiləri hər 5 ildən bir keçirilir. 

4 dekabr 2016 -cı ildə Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib və bu seçkilərdə baş nazir vəzifəsini tutan Mirziyoyev qalib gəlib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!