Saxlanılan falçı polisi hədələdi: Məni tutsanız... - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Saxlanılan falçı polisi hədələdi: Məni tutsanız... - VİDEO

Hadisə

27 Yanvar 2022 07:53 1648


Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, Kürdəmir rayon sakini olan bir qadın rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ora daxil olduğunu, həmin zaman isə onun huşunun itirməsindən istifadə edərək 500 manat pulunu və 4 800 manat dəyərində qızıl-zinət əşyalarını oğurladığını bildirib.

Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını məsimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Aygün Abdullayeva olduğu müəyyən edilib. Pepperoni pizza

Həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşları falçı Aygünü saxlayarkən hədələnib. Belə ki, Aygün Abdullayeva polis əməkdaşlarına deyib ki, onu saxladıqları təqdirdə böyük bəla ilə üzləşəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!