Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində Səbail rayonu, Badamdar qəsəbəsində abadlaşdırılan həyət sakinlərin istifadəsinə verilib.
“Yeni Sabah” xəbər verir ki, yenilənmiş həyət Səbail rayonu, Badamdar qəsəbəsi, Cəmil Hasilov küçəsi 109,109a,110,111,113,115,117,119 saylı binaların və Badamdar yolu, 95,97,99,101,105,107 saylı binaların həyətində, ümumilikdə 1000 nəfərdən çox sakinin yaşadığı binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. pizza mizza
Layihəsi çərçivəsində abadlaşdırılan həyətlərdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə idman qurğuları və meydançaları, uşaqlar üçün oyun meydançaları, söhbətgah və oturacaqlar, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 1000 kv.m ərazidə yaşıllıq zolağı salınıb.
Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.
Telegram kanalımız