“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.
Paytaxt təmsilçisi “Pierikos”dan Tural Bayramlını sıralarına cəlb edib.
Yenisabah.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə mövsümünün sonunadək müqavilə imzalanıb. Yarımmüdafiəçi “Dənizçilər”in heyətində 39 nömrəli forma ilə çıxış edəcək. pizza sifarişi
"Sumqayıt"ın yetirməsi olan Bayramlı ölkəmizdə “Keşlə”, “Zirə”, Latviyada isə “Dauqavpils”in formasını geyinib.
Mehri QURBAN
Telegram kanalımız