“Səbail”in məğlubiyyətinin səbəbləri

saytların hazırlanması

Evə çatdırılma

“Səbail”in məğlubiyyətinin səbəbləri

İdman

19 İyul 2019 14:44 1444


Bilirsiniz ki, “Səbail” artıq Avropa liqasında 1-ci təsnifat mərhələsindəncə mübarizdən kənarlaşdırıldı. Əslində, təmsilçimizi mübarizdən kənarlaşdıran “Universitatya” fövqəl-təbii gücə malik deyildi, rahat olmasa da, keçmək olardı. 

Lakin oyundan öncə verilən açıqlamalar da göstərdi ki, “Səbail” bir qədər çəkinir və qorxur. İstər futbolçuların, istərsə də baş məşqçinin oyundan əvvəl verdiyi açıqlamalar bu qorxunu açıq-aydın görməyimizə imkan yaradırdı. Eyni zamanda mediada da eyni şeylər o qədər yazıldı ki, bu da Hacıyevin komandasına mənfi yöndə təsir etdi.

Digər yandan avrokuboklarda ilk çıxışı, təcrübəsizliyi də “dənizçilər”in qarşısına çıxdı. Bəlkə də, məğlubiyyətin ən böyük səbəbi elə məhz bu oldu. Çox xırda bir detalı nəzərinizə çatdırmaq istəyirəm: Duventru “Səbail”in 2-ci qolunu vuranda Aftandil Hacıyevin görüntüləri ekrana gəldi. Üzündə elə təəssürat yaranmşdı ki, sanki, gözləmirdi, inana bilmirdi. Adam çaşıb qalmışdı. Təbii, yenə eyni xatırlatma: Bu çaşqınlıq da təcrübəsizlikdən irəli gələn zərurət idi. Amma buna baxmayaraq, biz hər iki matçda əzmkar bir komanda ruhu gördük.  Sezar pizza

Ancaq əvvəldən inam olsaydı, komanda da, baş məşqçi də bu qədər rəqibdən çəkinməsəydi, ehtiyatlanmasaydı, vəziyyət tam fərqli ola bilərdi. Çünki rəqib güclü idi, amma keçilməz sədd də deyildi, şişirdiləcək klub da deyildi. Məğlubiyyətə səbəb olan nüanslardan biri də ilk matçın Bakıda keçirilməsi idi. Düşünürəm ki, ilk matç səfərdə keçirilsəydi, burada daha fərqli nəticənin şahidi ola bilərdik. 

Lakin istənilən halda səhvlər olsa da, ilk dəfə Avropa Liqasında komandanın bu cür performansı hər kəsi yaxşı mənada təəccübləndirdi. Ağabala Ramazanov amilinin üzərində xüsusilə dayanmaq istərdim. Evdəki matçda 2 qol, səfərdəki matçda 1 qol, 1 asist edən futbolçumuz həm rəqibin, həm də Azərbaycan futbol camiəsinin diqqətini öz üzərinə yığmağı bacardı. Bu da komandanın rəqəmlərlə uduzsa da, mənən qazanması deməkdir. Gələcəkdə, bu yaxşı nəticə niyə də futbolçumuzun xarici ölkələrdən transfer istəyinə şərait yaratmasın? Əminəm ki, yaradacaq. 

Əmin olduğum digər məsələ isə, “Səbail”in sırf özü ilə bağlıdır. Komanda ruhdan düşmədən eyni templə irəliləsə və gələn il yenidən Avroliqaya vəsiqə qazansa, bu ilki uğursuzluqlardan yaxşı nəticə çıxarmış olacaq və eyni şeylər təkrarlanmayacaq. Ən azından əzmkar mübarizənin sonunda yaşıl işıq – qalibiyyətlər görə biləcəyik... 

Naibə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!