“Mən ancaq özümü qoruyuram“   - Bəhram Bağırzadə

saytların hazırlanması

Evə çatdırılma

“Mən ancaq özümü qoruyuram“ - Bəhram Bağırzadə

Şou

10 Fevral 2022 14:45 1839


“Yoluxmanın niyə artmasının səbəbini bilsəydim, bəlkə də “Nobel” mükafatı alardım”.

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Bəhram Bağırzadə yoluxma sayının artması ilə bağlı danışarkən bildirib.

“Mən digər insanları müşahidə etmirəm, ancaq özümü qoruyuram. İctimai yerlərdə maska taxıram, gündə 10-15 dəfə əlimi spirtləyirəm və çalışıram ki, kütləvi tədbirlərə getməyim, insanlarla az ünsiyyətdə olum. Vaxtında da peyvəndimi vurdurmuşam. Bir il bundan qabaq “SinoVac”, altı ay əvvəl də “Pfizer” peyvəndi.  Sezar pizza

Heç kimə heç nə məsləhət görmürəm. Sadəcə öz üçün nələr etdiyimi, necə qorunduğumu deyə bilərəm”, - deyə sənətçi başqalarının virusla bağlı gördüyü tədbirlərlə maraqlanmadığını vurğulayıb.

O əlavə edib:

“Şükür Allaha, 10 milyon xalqın hamısı orta məktəbdə oxuyub, savadlı, elmli adamlardırlar. Bütün bəşəriyyətin problemi cahillikdən irəli gəlir. Düzdür, nə qədər istəyirsən özünü qoru, əgər həyatda bu mərhələni keçməlisənsə, keçəcəksən. Amma Allah hamımıza ağıl, şüur verib. Əgər qaydalar, məhdudiyyətlər qoyulubsa, onlara əməl etmək lazımdır ki, itkilər az olsun”. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!