“Səbiş” ləqəbli narkotacir saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

“Səbiş” ləqəbli narkotacir saxlanıldı

Kriminal

15 May 2019 11:33 1263


Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.

DİN-dən "Yeni Sabah"a bildirilib ki, daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb. 

Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan “Səbiş” ləqəbli şəxsdən aldığını bildirib. Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb. pizza mizza

S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı uilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!