Şəbnəm Tovuzda pərəstişkarına ev tikdirir - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzda pərəstişkarına ev tikdirir - Fotolar

Şou

05 Noyabr 2021 19:00 1500


Müğənni Şəbnəm Tovuzlu ona yardım üçün müraciət edən fanatlarından birinə ev tikdirir.

Yenisabah.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. Şəbnəm Tovuzlu bildirib ki, ondan kömək istəyiblər və bunu geri çevirməyib:

"Hər yazana yardım etmirəm. Amma bu insanın həqiqətən də ehtiyacı olduğunu gördüm. Evlərini görəndə pis oldum. Qarşıdan soyuq qış gəlir, orada yaşaya bilməzlər. Ramil İsayev ailəsi ilə birlikdə Tovuzun Dondar Quşçu kəndində yaşayır. pizza mizza

Ürəyim razı olmazdı ki, körpə uşaqlar həmin evdə yaşasın. İkiotaqlı ev tikdirəcəm, mətbəxi də ayrı olacaq. Hətta evin içinin əşyalarını da alacam. Bir aya evi onlara təhvil verəcəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!