Şəbnəm Tovuzlu: “Bahalı hədiyyələrlə başı aldadılan xanım...” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzlu: “Bahalı hədiyyələrlə başı aldadılan xanım...” - VİDEO

Şou

18 Yanvar 2024 17:12 819


"Mən gözütox xanımam. Bahalı hədiyyələrlə baş aldadılacaq biri deyiləm". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib. 

Şəbnəm bir kişinin özünü bağışlatmaq üçün xanımına hədiyyə verməsinə qarşı çıxıb və bunu yolverilməz sayıb:  pizza sifarişi

"Sevən kişi hədiyyə ilə qadının önündə özünü bağışlatmaz. Sevən insan həmişə fədakar olur. Bu insanlar üçün hər gün bayram olur. Şəxsən özümdən deyirəm, bir bəydə fədakarlığı çox sevirəm. Hədiyyə vermək baş aldatmaq kimidir. Belə olanda isə xanım yalnız bəyin cibinə və verdiyi hədiyyəyə baxacaq". 

Qeyd edək ki, bir müddət əvvəl müğənni Vəfa Şərifova həyat yoldaşı, iş adamı Famil Xəlilovla ayrıldığını açıqlamışdı. Vəfa bildirib ki, qarşı tərəf onunla barışmaq üçün əvvəlcə "Ağ şəhər" ərazisində, daha sonra isə Dubayda ona mülk bağışlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!