Şəbnəm Tovuzlu: “Ərimlə küsülü qalanda əsəbiləşib onu vururam” 

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzlu: “Ərimlə küsülü qalanda əsəbiləşib onu vururam” 

Şou

20 Noyabr 2023 11:44 1138


Müğənni Şəbnəm Tovuzlu emosional açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, o, “Xəbərin var?” maqazin verilişində əri Hacı Ramildən söz açıb. 

Şəbnəm bildirib ki, əri ilə uzun müddət küsülü qala bilmir və barışmaq üçün həmişə özü addım atır:  Dominos pizza

“Elə olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, axı, necə ola bilər, bu qədər küsülü qalmaq? Küsülülüyə dözə bilmirəm. Ona zəng edib ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşir, onu vururam. Amma o heç vaxt mənə əl qaldırmaz. Deyirəm ki, tez de, “Məni sevirsən, yoxsa sevmirsən? Gözümün içinə bax, de ki, Şəbnəm, səni sevmirəm”. Bunu mənə deyə bilərsən?! Təbii ki, yox!” 

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramillə nikahdan isə müğənninin Əli adlı oğlu var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!