Səbnəm Tovuzlu: Qayınanamla küsülüyük

saytların hazırlanması

Evə çatdırılma

Səbnəm Tovuzlu: Qayınanamla küsülüyük

Şou

20 Oktyabr 2023 10:54 492


"Qızım Günelin atasının anası, yəni qayınanam Tairə xanım, hər şeyi ondan öyrənmişəm. Onun əllərindən öpürəm. O çox qoçaq, mehriban, gözəl xanımdır. Çox şeyi ondan öyrənmişəm. Əlbəttə ki, onun kimi gözəl qayınana ola bilərəm, olacağam da. Tairə xanımı çox istəyirəm. Onunla çox yaxşı münasibətim var". 

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir  ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "7 tamam" verilişində deyib. 

O, ikinci qayınanası ilə danışmadığını etiraf edib:  Pepperoni pizza

"İkinci qayınanamla (oğlu Əlinin ata nənəsi - red.) münasibətlərim belə də... Nə yaxşıdır, nə də ki pis... Açıq demək lazımdır. Çox da danışırıq deyə bilmərəm. Danışmırıq...". 

Şəbnəm Tovuzlu iki dəfə ailə həyatı qurub. İlk qurduğu evlilikdən onun Günel adlı qızı, ikinci qurduğu nikahdan isə Əli adında bir oğlu var. Şəbnəm bir müddət əvvəl qızı Güneli nişanlandırıb. Lakin toylarının nə zaman olacağı ilə bağlı konkret zaman açıqlamayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!