Şəbnəm Tovuzlunun qəzaya düşməsi xəbəri yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm Tovuzlunun qəzaya düşməsi xəbəri yayıldı

Şou

10 Avqust 2019 19:18 1689


Müğənni Şəbnəm Tovuzlunun qəzaya düşməsi barədə xəbərlər yayılıb.

Bu gün Bakı-Qazax yolunda yol baş verən qəzanın səbəbkarının ifaçının olduğu bildirilib. Hətta qəza zamanı Şəbnəm Tovuzlunun da xəsarət aldığı iddia edilib. 

“Yeni Sabah” xəbər verir ki, yayılan məlumatlarla bağlı musavat.com saytına açıqlama verən müğənni xəbəri yalanlayıb: Pepperoni pizza

“Yalan xəbərdir. Mən qəza törətməmişəm. Qəzada da ağır yaralanmamışam. Qohum-qonşu bayaqdan mənə zəng edir, narahatdırlar. Xahiş edirəm ki, haqqımda bu cür yalan xəbərlər yazılmasın. Yaxınlarım narahat olur. Qarşıda konsertlərim var, onlara ciddi hazırlaşıram. Beynimin bu cür xəbərlərlə yorulmasını istəmirəm.Yeni fotosessiya etmişik, “Dərmanımdır” adlı mahnım da hazırdır. Yaxın günlərdə təqdim olunacaq.

Bu arada qəza keçirən kimdirsə, keçmiş olsun. Allah hər kəsi qəzadan bəladan qorusun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!