Səbuhi Əhmədovun işi necə araşdırılmalı idi? - Kriminalist

saytların hazırlanması

Evə çatdırılma

Səbuhi Əhmədovun işi necə araşdırılmalı idi? - Kriminalist

Sosial

16 Sentyabr 2022 17:03 4108


“Azərbaycan ordusunun "Komando" bölüyündə xidmət edib, şəhid olmuş Əhmədov Səbuhinin qardaşı Sənanın əvvəlcə öz qardaşının həminki hərbi xidmətə rüşvətlə götürülməsi iddiası irəli sürməsi, sonra isə tezliklə buna təkzib verməsi müəyyən ictimai müzakirə, ajiotaja səbəb olub”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə kriminalist – ekspert İlqar Altay çıxış edib. O, deyib ki, bu məsələnin həqiqiliyinə elə də əmin olmayıb: “Çünki, "Komando" ölkəmizdə yeni yaradılmış xüsusi nümunəvi və elitar hərbi silahlı qüvvədir. Bildiyimə görə, qardaş Türkiyə zabitlərinin təlimi, seçimi və təlimatında, NATO hərbi sistemi üzərində qurulmuş və həm də Ali Baş Komandanın xüsusi nəzarətində-qüvvədir. Bu xüsusi elitar qüvvələrə xüsusi idman, təhsil, təlim, mənəvi-vətənpərvər keyfiyyətlərə uyğun gənclər seçilir. Buraya rüşvətlə keçmək olarmı?

İkincisi də hüquqi tərəfdən yanaşanda qardaşı şəhid olmuş ağır, emosional durumdakı şəxsin birdən-birə, bu cür ittihamı araşdırılmalı, fakta çevrilməlidir aidiyyətli hüquq-mühafizə orqanı tərəfdən ki, əsil həqiqət olduğunu yəqin edək. pizza

Bunu edəcək aidiyyətli məsul hüquq-mühafizə orqanı, hərbi-ordu sferasında qanunsuzluqlara nəzarət funksiyası daşıyan orqan, cənab Xanlar Vəliyevin rəhbərlik etdiyi Hərbi Prokurorluqdur! Qanunla mətbuatda işıqlandırılmış bu aydın və açıq mənşəli və orduya yönəlmiş ciddi ittihamı Hərbi Prokurorluq dərhal icraata götürüb iddia faktı üzrə araşdırma başlamalı idi. Hətta iddianı irəli sürən şəxs qardaşının ölümündən emosiya hissiyyata qapılma, ya, nədənsə bunu yanlışmı, səhvimi etdiyini bildirsə belə, məsələ tam köklü araşdırılmalı idi. Bəlkə, sabah da, qayıdıb deyər, emosiya ilə təkzib verdim, indi isə şikayətliyəm?

Hərbi Prokurorluq öz rəsmi araşdırma işini tam, prosessual qaydada, hər ehtimala görə davam etdirməli və Əhmədov Səbuhinin hərbiyə hansı qaydada qəbulunu araşdırmalı idi. Və bu qəbul prosesini icra etmiş, aidiyyətli Hərbi Səfərbərlik və MN kadrlar idarələri əlaqəli əməkdaşlarının izahat, ya ifadələrini almalı, qəbul, sənədləşmə prosesini, aidiyyətli sənədləri tamam yoxlamalı idi. Yekunda, şəhidin qardaşı iddiaçının da ilkin və sonrakı izahatlarını tutuşdurmaqla müəyyən etməli idi ki, Əhmədov Səbuhinin hərbi xidmətə qəbulunda qanun pozuntusu olubmu, ya yox!

Bu məsələdə, hər iki halda Hərbi Prokurorluğu qüsurlu mövqeli sanıram. Qanuna uyğun əsaslı araşdırma aparmayıbsa, bu bir. 

Aparırsa, şəhid qardaşı, ittiham irəli sürən Sənan Əhmədovun Müdafiə Nazirliyi binası otağında tələsik, yəni, HP-n icraatındakı araşdırma dövrü yeni təkzib videosu çəkiliş və yayımının təşkili yanlışına da Hərbi Prokurorluğun nəzarəti təmin etməməsi.

Bunlar hamısı ölkə məmur mühitinin təəssüf ki, bir sıra sahələrində mütəmadi rast gəlinən, öz, dövlət qulluq-xidməti icrasını tam əsas-qayda ilə yerinə yetirmək, ya başa çatdırmaq əvəzinə, tələsik, dövlət rəhbərliyinə və xalqa, cəmiyyətə "uğurlu raport" vermə 'azarındandır'. Bunun da səbəbi var. Birincisi, öz dövlət vəzifəsinə, ölkəsi və dövlətçiliyə qarşı vecsizliyi və başının başqa və fərqli böyük şəxsi işlərlə sahələrlə qarışması. İkincisi, belə "raportlarla" öz mənfiliklərini ört - basdır etmək. Nəticəsi də xalqa, dövlətə ziyan”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!