Seçkiləri 110 min müşahidəçi izləyəcək 

saytların hazırlanması

Evə çatdırılma

Seçkiləri 110 min müşahidəçi izləyəcək 

Siyasət

27 Avqust 2024 13:58 211


Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 110 mini ötüb. 

Yenisabah.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib. 

MSK sədri bildirib ki, jurnalistlər ümumiyyətlə azaddırlar:  Pepperoni pizza

“Onlar öz vəsiqələrini təqdim etməklə bütün prosesləri işıqlandıra bilərlər. İndi də jurnalistlərdən xahiş edirəm ki, səsvermə günü bizim üçün xüsusilə əziz olan Qarabağ bölgəsindən seçkiləri dünya ictimaiyyətinə çatdırın. Azərbaycanın bütün suveren ərazisində ilk dəfə parlament seçkiləri keçiriləcək. Qarabağda seçki günü gedən proseslərə daha çox diqqət etmək lazımdır. Orada xarici müşahidəçilərin fikirlərinə daha çox diqqət etmək lazımdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!