“Seçkiqabağı şou yaradırlar...” - Barəsində araşdırmalar aparıldığı iddia edilən icra başçısı  DANIŞDI

“Seçkiqabağı şou yaradırlar...” - Barəsində araşdırmalar aparıldığı iddia edilən icra başçısı DANIŞDI

Hadisə Saytların hazırlanması

19 Dekabr 2019 15:44 5628


"Tərtər Rayon İcra Hakimiyyətində saxlanılan şəxs yoxdur".

"Yeni Sabah" xəbər verir ki, bunu demokrat.az-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib. 

İcra Hakimiyyətinin başçısı deyib ki, rəhbərlik etdiyi qurumda Maliyyə Nazirliyi və ya digər hökumət qurumlarının audit-yoxlama aparması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Bizdə heç bir yoxlama aparılmır. Bu barədə yayılan xəbərlərin hamısı yalandır. Rayon İcra Hakimiyyətinin fəaliyyətində şəffaflıq daim qorunur və bu prosesə şəxsən nəzarət edirəm".

Müstəqim Məmmədov qeyd edib ki, qanun pozuntuları ilə bağlı rayon İcra Hakimiyyəti əməkdaşlarının hər hansı birinin saxlanılması haqda xəbərlər doğru deyil:

"Maraqlı dairələr var ki, onlar seçkiqabağı şou yaradırlar".

Xatırladaq ki, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavinləri - Ramiz Tatarov (həmçinin, YAP rayon təşkilatının sədri) və Lalə Eyyubova saxlanılıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!