Səfər Mehdiyev də deputatlığa namizəd olur

saytların hazırlanması

Evə çatdırılma

Səfər Mehdiyev də deputatlığa namizəd olur

Siyasət

16 İyul 2024 14:26 2531


Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev bir müddətdir ki, Naxçıvanda yaşayır.

Bu barədə özəl mənbələrdən Vətəninfo.az-a məlumat daxil olub. Mənbənin məlumatına görə Səfər Mehdiyev Naxçıvanda böyük biznes strukturlarını idarə edir. Bu işdə sabiq Komitə sədrinə yaxın adamı olan Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq  rəisi, gömrük polkovniki Fuad Əlizadə yardımçı olur. Mənbə iddia edir ki, sabiq komitə sədrinə bağlı şirkətlər “APF Group” MMC halqasında birləşib. Şirkətin Bakıda ofisi olsa da, şirkət Naxçıvandan idarə olunur.

Mənbənin iddiasına görə son günlər Səfər Mehdiyevin ətrafındakı media resurslarının aktivləşməsi əbəs deyil. Belə ki, Səfər Mehdiyev Naxçıvandan parlament seçkilərinə qatılmaq istəyir. Belə ki, sabiq komitə sədri 5 saylı Şahbuz-Babək dairəsindən namizədliyini irəli sürmək niyyətindədir. Mənbə iddia edir ki, hətta Səfər Mehdiyev bu dairədən namizədliyini irəli sürmək üçün razılıq alıb və bu dairədə Səfər Mehdiyev Siyavuş Novruzovu əvəz edəcək. Qeyd edək ki, Səfər Mehdiyev də əslən naxçıvanlıdır. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!