Səfir kürü oğurlaması haqda xəbərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Səfir kürü oğurlaması haqda xəbərdən danışdı

Sosial

19 Mart 2019 13:38 1554


Xəbər verdiyimiz kimi Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlfi ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş hədiyyəni mənimsədiyi haqqında xəbərlər yayılıb.

Məlumatlı mənbələrdən məlum olub ki, söhbət 10 banka kürüdən gedir. Bundan başqa, hazırda Azərbaycanın Əbu-Dabidəki səfirliyində xüsusi komissiya işləyir, hansı ki, yarım milyon dolların yox olması faktını araşdırır. Şübhələr var ki, bu pul mənimsənilib.

"Yeni Sabah"ın məlumatına görə, bundan sonra sosial şəbəkələrdə səfir Daşqın Şikarovun əleyhinə yazılanlara kütləvi şəkildə etiraz edənlər onu dəstəkləyərək, diplomata qarşı antikampaniyaya son qoyulmasını tələb ediblər. Sezar pizza

Digər tərəfdən  Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov səfir bu haqda kampaniya başladanlar haqda geniş açıqlama verməyərək, onları Allaha tapşırıb.

“İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" [1]; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır."[2]”, - deyə səfir bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!