Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim "Axios"a bildirib ki, ölkəsi "İranın Naxçıvan anklavına dron hücumundan sonra müvafiq müdafiə və profilaktik tədbirlər görür".
"Yeni Sabah" xəbər verir ki, başqa bir hücum ehtimalından narahat olub-olmadığı soruşulduqda, səfir belə cavab verib:
"İş narahatlıqda deyil. Biz faktları araşdırır və qərarlar qəbul edirik". Pepperoni pizza
X.İbrahim bildirib ki, Bakı və Vaşinqton hadisə ilə bağlı sıx əlaqə saxlayırlar. Hər iki ölkənin hökumətləri arasında qlobal terrorizmə qarşı müharibə zamanı uçuş hüquqlarının təmin edilməsi və havada yanacaq doldurma da daxil olmaqla uzun bir əməkdaşlıq tarixi var.
"İran üzr istəməli, rəsmi izahat verməli, bu cinayətdə məsul şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməli və əlbəttə, bu cür hadisələrin bir daha təkrarlanmamasını təmin etməlidir", - səfir vurğulayıb.
Telegram kanalımız