Səfir rus əsgərlərinin sərhədə gətirilməsindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Səfir rus əsgərlərinin sərhədə gətirilməsindən danışdı

Dünya

05 Avqust 2021 08:10 871


“Moskva Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçiləri yerləşdirilməsinin müzakirəsində fəal iştirak edir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib. Ötən Nikol Paşinyanın Azərbaycanla sərhədlərin müəyyən edilməsi zamanı hərbi toqquşmalardan qaçmaq üçün bütün Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçiləri yerləşdirmək olar fikrinə münasibət bildirib.

"Sərhədçilərimizin bu cür problemli bölgələrdə yerləşdirilməsi üçün xeyli əlavə vəsait, o cümlədən şəxsi heyət cəlb edilib” Kopırkin qeyd edib. O bunun, xüsusilə yolların, hər iki ölkənin ərazisindən keçən hissələrinə aid olduğunu vurğulayıb. Toyuqlu pizza

Sərhədin digər problemi hissələrinə gəldikdə isə Kopırkin, bu məsələnin Rusiyanın fəal iştirakı ilə müzakirə olunduğunu bildirib. Səfir qeyd edib ki, bu məsələnin müzakirəsində Azərbaycan tərəfi də iştirak etməlidir.

“Biz bu problemin vacibliyini anlayırıq və Rusiya tərəfi müvafiq addımlar atmağa hazırdır. Amma bu, üçtərəfli formatda müzakirə tələb edən bir məsələdir. Praktiki işlər davam etdirilir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!