Səfirliyin hesabını oğurlayıb prezidenti təhqir etdilər

saytların hazırlanması

Evə çatdırılma

Səfirliyin hesabını oğurlayıb prezidenti təhqir etdilər

Dünya

16 Avqust 2021 11:34 1009


Naməlum şəxslər Əfqanıstanın Dehlidəki səfirliyinin "Twitter" hesabını oğurlayıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə səfirliyin sözçüsü Əbdülhaqq Azad məlumat yayıb.

Bədəməllər Əfqanıstanın Hindistandakı missiyasının "Twitter" səhifəsinə girib eks-prezident Əşrəf Qənini təhqir edən bir neçə mesaj yerləşdiriblər. Sezar pizza

"Daxil olmağa çalışdım, amma daxil ola bilmədim. Səhifə "hack" edilmiş kimi görünür”, - deyə Əbdülhaqq Azad sosial şəbəkədəki səhifəsində yazıb.

Təhqiramiz mesajlar bir müddət sonra silinib, ancaq bundan əvvəl Hindistan mediasında əks olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!