“Qarabağ”ın keçmiş qapıçısı İbrahim Şehiçin yenidən Ağdam klubuna qayıtması ilə Türkiyə mətbuatında xəbərlər yayılıb.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Yeni Sabah”a açıqlamasında məsələnin həqiqətə uyğun olmadığını bildirib:
“Şehiç hazırda “Ərzurumspor”un futbolçusudur. Yəni, müqaviləsi var. Elə bir söhbət olmayıb ki, biz Şehiçi geri qaytaraq. Təbii ki, uzun illər bizdə oynayıb, onu hər zaman öz sıralarımızda görmək xoş olardı. Amma elə bir məsələ haqqında danışıqlar olmayıb”.
O, Geryenin məsələsinə də aydınlıq gətirib:
“Gerye ilə hazırda müqavilə bağlanmayıb. Onun taleyinə yaxın günlərdə aydınlıq gələcək”.
Naibə Məmmədova
Telegram kanalımız