Şəhid ailələrinə Novruz sovqatları çatdırılıb

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələrinə Novruz sovqatları çatdırılıb

Sosial

19 Mart 2019 15:51 727


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə Novruz bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.

 "Yeni Sabah" xəbər verir ki, bu gün  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri Məmmədhüseyn Sarıyev Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin, Nəsimi rayonunda Azər və Natiq Novruzov qardaşlarının və Sabunçu rayonu Zabrat qəsəbəsində Əlizaman İslamovun ailəsinə baş çəkib, bayram münasibətilə təbrik ediblər. 

Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid aiələrinə diqqət və qayğını öz fəaliyyətində prioritet götürən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti dövlət orqanı olaraq müxtəlif layihələr həyata keçirir.  pizza mizza

Həyata keçirilən bu cür layihələr Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsi, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır. 

 SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən bayram sovqatlarının paylanılması bugün başa çatdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!