Şəhid atası deputatlığa namizəd oldu - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Şəhid atası deputatlığa namizəd oldu - FOTO 

Siyasət

05 Avqust 2024 14:24 770


Vətən müharibəsində şəhid olan leytenant Məmməd Zamanlının atası deputatlığa namizədliyini irəli sürüb. 

Yenisabah.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. 

Bildirilib ki, şəhid atası Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilərdə 13 saylı Püsyan seçki dairəsindən namizəd olub.  pizza mizza

Rəhman Zamanlının deputatlığa namizədliyi qeydə alınıb. 

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Məmməd Zamanlı 2020-ci il sentyabrın 27-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.  


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!