Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Şəhid Fərman Yaqublu Beyləqanda dəfn olunacaq

Hadisə

23 İyul 2021 22:58 1384


Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbi qulluqçumuz, gizir Yaqublu Fərman Telman oğlu 1993-cü ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.

Yenisabah.az xəbər verir ki, Vətən müharibəsində iştirak etmiş Fərman Yaqublu göstərdiyi qəhrəmanlıqlara görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.

Şəhid F.Yaqublu Beyləqanda dəfn olunacaq. Marqarita pizza

Qeyd edək ki, F.Yaqublunun atası da 1992-ci ildə, Birinci Qarabağ müharibəsində şəhid olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!