Şəhid xanımının öldüyü qəza ilə bağlı təfərrüatlar açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Şəhid xanımının öldüyü qəza ilə bağlı təfərrüatlar açıqlandı

Hadisə

22 Oktyabr 2021 13:23 1659


Daxili İşlər Nazirliyi (DİN) şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

Rəsmi məlumata görə, Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır. pizza

Qeyd edək ki, G. Ələsgərova Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı olub. Onların 3 azyaşlı övladı qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!