Səhiyyə nazirinin müavini koronavirusun əsas simptomlarından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə nazirinin müavini koronavirusun əsas simptomlarından danışdı

Sağlamlıq

23 Mart 2020 21:49 965


“İrimiqyaslı koronavirus epidemiyasının qarşısının alınması üçün heç bir ölkənin səhiyyəsi hazır deyildi. Xəstəlik çox hallarda yüngül və simptomsuz keçir. 20 faiz halları oksigen terapiyası, beş faiz hallarda isə ağciyərlərin süni terapiyası da tətbiq edilir". 

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tibb işçiləri işini adi rejimdə davam etdirəcəklər: Dominos pizza

“65 yaşdan yuxarı tibb işçiləri vəzifə borcunu yerinə yetirəcək. Xüsusi karantin rejimində 65 yaş tək və tənha insanlar üçün nəzərdə tutulub”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda qərarına əsasən, Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

Qeyd olunub ki, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən, xidmətlərin göstərilməsi təmin edilməlidir.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!