Səhiyyə nazirliyində yeni təyinat

saytların hazırlanması

Evə çatdırılma

Səhiyyə nazirliyində yeni təyinat

Sağlamlıq

30 Aprel 2020 18:42 1114


Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. 

Yenisabah.az xəbər verir ki, bu addım Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin daha operativ təşkilini təmin etmək məqsədi daşıyır.  

Eyni zamanda Səhiyyə Nazirliyində 3 ştat vahidindən ibarət Sanitar epidemioloji nəzarət sektoru yaradılıb. Marqarita pizza

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamla Zeynəb Natiq qızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Z.Mustafayeva bundan əvvəl Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!