Səhnədə yıxılan Xalq artisti yeriyə bilmir 

saytların hazırlanması

Evə çatdırılma

Səhnədə yıxılan Xalq artisti yeriyə bilmir 

Mədəniyyət

06 Fevral 2024 14:17 2161


"Həkimlər hələ evdən çıxmağa icazə vemirlər". 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rafiq Əzimov səhhətindən danışarkən deyib. Aktyor ev şəraitində yavaş-yavaş gəzdiyini bildirib:

"Əməliyyat olunandan xeyli vaxt keçir. Amma hələ də tam yeriyə bilmirəm. Həkimlər deyir ki, sinirlər tam qaydasında düşəndən sonra hara istəyirsən gedə bilərsən. Damarlarım hələ tam möhkəmlənməyib". Dominos pizza

Rafiq Əzimov teatrda yeni aldığı rollarına görə, narahat olduğunu vurğulayıb:

"Rollarım var, məşqlər gedir. Yeriyə bilmədiyindəm teatra gedə bilmirəm. Mehriban Ələkbərzadə ad günüm ilə bağlı bizə gəlmişdi, məni təbrik etdi, bildirdi ki, narahat olma, tamam sağal sonra gələrsən".

Qeyd edək ki, Xalq artisti Rafiq Əzimov bir müddət öncə teatrda tamaşa oynayarkən səhnədə yıxılıb. Ayağı büdrəyən aktyor əməliyyat olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!