Şəhriyar Karlsenlə,  Teymur Topalovla üzləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Karlsenlə, Teymur Topalovla üzləşəcək

İdman

06 İyun 2022 09:37 901


Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.

Yenisabah.az xəbər verir ki, Məmmədyarov yarışın 6-cı günündə norveçli dünya çempionu Maqnus Karlsenlə qara fiqurlarla oynayacaq.

37 yaşlı qrossmeyster 8,5 xalla 4-cü pillədə qərarlaşıb. Sezar pizza

Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla ağ fiqurlarla mübarizə aparacaq. 3 xala malik olan 35 yaşlı iti zəka sahibi 9-cu sıradadır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!