Şəhriyar Məmmədyarov finalda uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Məmmədyarov finalda uduzdu

İdman

21 Oktyabr 2022 23:35 1269


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:1. Nəticədə Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurub. pizza hut

Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!