Şəhriyar Məmmədyarov Karlsenə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Şəhriyar Məmmədyarov Karlsenə qalib gəldi

İdman

29 Dekabr 2021 23:56 1305


Polşanın paytaxtı Varşavada şahmatın blits növü üzrə dünya çempionatına start verilib.

Yenisabah.az xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edir.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə qüvvəsini sınayır. pizza hut

Məmmədyarov IX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Ağ fiqurlarla oynayan 36 yaşlı qrossmeyster 36-cı gedişdə rəqibini məğlub edib.

Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparır.

Qeyd edək ki, bu gün kişilər arasında 12, qadınlar arasında isə 9 tur oynanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!