YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov gerilədi

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov gerilədi

İdman

01 Oktyabr 2022 11:23 510


Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsenin (2856 xal) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3 pillə geriləyib. 37 yaşlı qrossmeyster 2747 xalla 13-cüdür. Eyni xala malik Teymur Rəcəbov bir mövqe itirərək 16-cı olub. Qədir Hüseynov (2661) bir pillə irəliləyərək 84-cü yeri tutub. Nicat Abbasov (2646) 101-ci, Rauf Məmmədov (2646) 102-ci sıradadır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2483) 3, Ülviyyə Fətəliyeva (2422) 6, Gülnar Məmmədova (2389) 11, Xanım Balacayeva (2384) 9 pillə irəliləyib. Məmmədzadə 18-ci, Fətəliyeva 39-cu, Məmmədova 62-ci, Balacayeva isə 66-cı sıradadır. Azərbaycan millisinin digər üzvü Gövhər Beydullayeva (2356) ilk "100-lüy"ə düşüb. O, 2356 xalla 98-cidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!