Şəkər asılılığınız var? –   Diaqnozu özünüz qoyun

saytların hazırlanması

Evə çatdırılma

Şəkər asılılığınız var? – Diaqnozu özünüz qoyun

Sağlamlıq

18 İyul 2024 10:46 2071


Şəkər asılılığına işarə edən bir sıra simptomlar var.

Yenisabah.az xəbər verir ki, bu barədə endokrinoloq Kamilya Tabeeva “Gazeta.Ru”ya bildirib.

Həkim yeməkdən sonra şirin bir şey yemək istəyinin vacib əlamətlərdən olduğunu bildirib. O, özündə bunu müşahidə edən insanları ehtiyatlı olmağa çağırıb. pizza hut

Mənfi emosiyalar və stress fonunda çoxlu miqdarda şirniyyat istehlak etmək də şəkər asılılığından xəbər verə bilər.

Endokrinoloq şəkərin beyində dofamin və opioidlərin ifrazını stimullaşdırdığını qeyd edib:

“Birincisi, asılılıq və bağlılıq hisslərinin formalaşmasından məsuldur, opioidlər isə nörotransmitterlərin istehsalına təsir göstərir. Hər ikisi əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir və eyforiya hissi yaradır”.

O vurğulayıb ki, bundan əlavə, əsəbiliyin artması da çox vaxt şəkərdən asılılığa işarə edir./Medicina.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!