Şəki, Tərtər və Daşkəsənə dolu düşdü

saytların hazırlanması

Evə çatdırılma

Şəki, Tərtər və Daşkəsənə dolu düşdü

Sosial

11 May 2025 19:50 307


Milli Hidrometeorologiya Xidmətinin mayın 11-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, Naftalan, Şəki, Göygöl, Zaqatala, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Balakən və Goranboyda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 19, Tərtər 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevirdə 16, Kəlbəcər və Şəkidə 15 m/s-yə çatır. pizza mizza

Mayın 11-i saat 17:05 radələrində Şəki rayonuna və Tərtər rayonuna diametri 5-7 mm, Daşkəsən rayonuna isə diametri 1 mm olan dolu düşüb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!