Şəkidə mağazadan oğurluq edən şəxslər tutuldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Şəkidə mağazadan oğurluq edən şəxslər tutuldu - Video

Kriminal

06 Dekabr 2024 20:46 1260


Şəki şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Polisə müraciət edən zərərçəkən obyektdə olan pulun və tütün məmulatlarının naməlum şəxslər tərəfindən talandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 26 yaşlı Vüqar Əsgərov və 19 yaşlı Elvin Məmmədov saxlanılıb.

Onlar mağazanın şüşəsini qıraraq içəriyə daxil olduqlarını və ələ keçirdiklərini aralarında böldüklərini bildiriblər. Dominos pizza

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!